Bu mövsüm Belqrad təmsilçisinin Çempionlar Liqasının təsnifat mərhələlərində və Serbiya çempionatında 6 oyuna 15 qol vurmasında 24 yaşlı hücumçunun rolu az olmayıb. O, qollardan 4-nün müəllifi olub. Şkuletiç hələlik "Neftçi" barədə məlumatlarının olmadığını, amma "Bakı" üzərində 1:0 hesablı qələbə qazandığı matçda flaqmanın bir sıra aparıcı futbolçusunun istirahət etdiyini bildirib: "Bu isə rəqibin ambisiyalarından xəbər verir. Amma onlar bizim qazona ayaq basacaqlar və "Neftçi" üçün "qəbirqazanlar" önündə heç də asan olmayacaq. Əminəm ki, biz yenidən fenomenal dəstək görəcəyik. Həm də klubumuzda oyunçularımızda ümumi rəy belədir ki, rəqibimizdən güclüyük. Bunu ağılla və həvəslə təsdiqləməliyik".
Hücumçu komandadakı maliyyə problemlərinə də toxunub. O, meydana çıxdıqda, klubdan vəd olunan əmək haqqını düşünmədiyini bildirib: "Oyuna yanaşma həmişə eynidir. Maliyyə durumundan asılı olmayaraq, hər bir matçda həqiqətən də mümkün olan hər şeyi edirəm. Dostlarım da özlərini belə aparırlar. Doğrudanmı belə situasiyada maliyyə öhdəliklərinin tənzimlənməməsi səbəbindən oynamamaq olar? Mən meydana çıxdıqda yalnız azarkeşlərin səsini eşidir və düşünürəm ki, "Partizan"ın uğuru naminə necə yaxşı oynamaq olar? Bu, "Neftçi"yə qarşı da belə olacaq. Söz verirəm".
Qeyd edək ki, "Partizan" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 23:15-də başlanacaq.