
"Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente”si ilə ilk oyun öncəsi mətbuat konfransı keçirib. 42 yaşlı mütəxəssis əvvəlcə matçın əhəmiyyətindən danışıb...
- Vacib oyuna çıxacağıq. Tanış komandaya qarşı oynayacağıq. Artıq "Tvente”də xeyli dəyişiklik var. Daha çox gənc futbolçulara üstünlük verirlər. Sabah əlimizə düşən hər bir imkandan istifadə etməliyik. Hamımızı maraqlı oyun gözləyir.
- Maksim Medvedyev və İlqar Qurbanov zədəlidir. Onları kim əvəzləyə bilər?
- Maksimin oynama şasnı var.
- "Zalsburq”la oyunda komandanızın iki futbolçusu qırmızı vərəqə alaraq "Qarabağ”ı çətin duruma saldı. Bu haqda komanda ilə danışığınız oldu?
-Əlbəttə, onlarla danışıdıq. Ancaq hər biri vacib oyunçumuzdur. Düşünürəm ki, bu görüşdə daha diqqətli olacaqlar.
- Futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, ötən illərlə müqayisədə "Qarabağ” daha güclü, "Tvente” isə zəifdir...
-Bu fikirlər bizi və sizi aldatmamalıdır. "Tvente” həmişə Hollandiyada yüksək yerlər uğrunda oynayır. Əksinə, bu "Tvente” bizim üçün daha çətin rəqib sayıla bilər. Avropada heç bir klubu zəif saymaq olmaz. Sadəcə bizim təcrübəmiz əvvəlki illərdəkindən daha çoxdur. Rəqibi daha düzgü analiz etməli və diqqətli olmalıyıq.
- "Zalsburq”la oyunda "Qarabağ” aqressiv oynadı. Bunun da mənfi və müsbət tərəfləri oldu. Sabahkı oyunda necə, komandada aqressivlik olacaq?
- Son vaxtlar aqressivlik futbolda çox vacibdir. Həmin oyunda aqressiv olmasaydıq, daha çətin olardı. Ancaq "Tvente” ilə daha diqqətli olmalıyıq.
- Meydanın durumu "Qarabağ”a öz oyununu oynamağa imkan verəcəkmi?
- Düzü, meydanın durumundan razı deyiləm. Öt örtüyü yaxşı olsaydı, daha rahat oynaya bilərdik. Bunun bir qədər oyunumuza təsiri ola bilər.
- "Qarabağ” "Tvente”ni nədə üstələyə bilər?
- İstəməzdim ki, komandamızı üstün sayım. Bu, hörmətsizlik ola bilər. Rəqibi nə qədər də analiz etsək də, sabah onları daha yaxından tanıyacağıq (qol.az).