Hollandiyanın "Tvente" komandasının baş məşqçisi Alfred Şroyder "Qarabağ"la Avropa Liqasının pley-off matçıöncəsi mətbuat konfransın keçirdib. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəsis tədbir zamani jurnalistlərin suallarını cavablandırıb.
- Matça necə hazırlaşırsınız?
- Bu yaxınlarda bir həmkarımız dunyasını dəyişib. Ona görə, bir qədər ağrılı günlərimiz oldu. Onun yasını saxlayırıq. Bununla belə həyəcanlıyıq. Sabah yaxşı oyun göstərməyə çalışacağıq.
- 3 il əvvəl Avropa Liqasının pley-off mərhələsində qarşılaşdığınız "Qarabağ”la, indiki arasında hansı fərq var?
- 3 il əvvəl də "Qarabağ” güclü idi, elə "Tvente” də. Amma son illər "Qarabağ” təcrübə yığıb, güclü oyunçuları var. Ona görə, biz narahatıq. Çalışacağıq belə rəqibə qarşı layiqli mübarizə aparaq.
- Kapitanınız oyuna gəlməyib. Bu oyuna necə təsir edə bilər?
- Hazırda heyətimizdə cəmi bir zədəli oyunçu var. Düzdür o, kapitandır. Amma buna görə narahat deyilik.
- Hollandiya çempionatına qələbəsiz başlamağınıza səbəbi nədir?
- Hollandiya çempionatına qələbəsiz başlamağınıza səbəbi nədir?
- İndiyədək cəmi iki oyun keçirtmişik. İkinci matç çox təsadüfən heç-heçə nətiçələndi. Amma irəlidə uzun marafon var. Optimistik.
- Hesabı deyə bilərsiz?
- (Gülür). Gözləyirik ki, "Qarabağ” hücumda oynayaraq, üstümüzə çox gələcək. Rəqib orta xəttə Riçard Almeyda kimi futbolçuya malikdir. Amma biz də vuruşacağıq. Öz rəqibimizə hörmətlə yanaşırıq. "Qarabağ”ın son oyunlarından xəbərdarıq. Bilirik ki, güclü komandadır. Uduzsaq da, bu Hollandiyada normal qəbul olunacaq.
- "Qarabağ”ın heyətində hansı futbolçuları xüsusən fərqləndirərdiniz?
- "Qarabağ”ın futbolçuları sürətli və maraqlı oyun göstərirlər, çox təhlükəli hücumlar qura bilirlər. Bayaq Almeydanın adını çəkdim. Eyni zamanda Danilo Dias və Reynaldonu qeyd edərdim.
Qeyd edək ki, "Qarabağ" - "Tvente" oyunu 21 avqust saat 21:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" - "Tvente" oyunu 21 avqust saat 21:00-da start götürəcək.