
Azərbaycan - Özbəkistan oyunundan sonra millimizin baş məqşçisi Berti Foqts oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, almaniyalı mütəxəssis oyundan razı qalmadığını dilə gətirib.
- Bu oyundan mən razı qala bilmərəm. Oyunçularımda yorğunluq hiss olunurdu. Çoxlu səhvlər gördüm. Qol vurmaq üçün vəziyyətlətimiz olsa da, fərqlənmək üçün heç nə edə bilmədik.
- Yoxladığınız yenilərdən bəyəndikləriniz oldumu?
- Oyunçulardan 100 faiz razı qala bilmərəm. Bizim Rusiya ilə də yoxlama oyunumuz var. Bu futbolçuları hələ mətbuatda tənqid etməyəcəyəm. Onların özlərinə səhvlərini başa salmağa çalışacağam.
- Dmitri Nəzərovu kimin əvəzinə komandaya gətirməyə lüzum görmüsünüz?
- Ona 90 dəqiqə şans verdim. O cəmi 3 məşq keçmişdi. Oyunda onun nəyə qadir olduğunu görmək istəyirdim.
- Rusiya ilə oyunda bu heyətdən yararlanacaqsınız, yoxsa "Qarabağ” və "Neftçi”nin oyunçularına da şans veriləcək?
- Sözsüz ki, "Qarabağ” və "Neftçi” futbolçuları da heyətdə yer alacaq.
- "Qarabağ” və "Neftçi” oyunçularrından ən çox kimin yeri görünürdü?
- Heç kimin. Mən bugünkü heyəti yoxlamaq istəyirdim.
- Kiyan Soltanpuru niyə meydana buraxmadınız?
- Çünki əvəzetmə limitimiz bitmişdi. 6 oyunçu sala bilərdik. Elnur Allahverdiyevi Emin Nuri zədələndiyi üçün məcburən meydana buraxdıq.
- Millidə 4 oyunçudan başqa, himni oxuyan yox idi...
- Mən özüm də Almaniya millisində çıxış edəndə himni oxumurdum. Belə çıxır ki, mən pis adamam? Gəlin, himnlə vətənpərvərliyimizi, Azərbaycanı sevdiyimizi göstərməyək.