"Dünya çempionatının bürünc mükafatçısı olan ölkənin 3-cü ən güclü komandasına qarşı oynadıq. Hesab edirəm ki, çox gözəl imkanlar əldə etdik, hücumda idik, oyuna nəzarət etdik". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Hollandiya "Tvente"si ilə 0:0 hesablı heç-heçə ilə nəticələnən Avropa Liqasının ilk "pley-off" matçından sonra "Qarabağ"ın vitse-prezidenti Tahir Gözel deyib.
Gözel cavab görüşündə mərhələ keçmə şanslarının olduğunu bildirib: "Məncə, "Qarabağ" hər gün özünə hörmət qazanır, Azərbaycana hörmət qazandırır, şərəf qazandırır. Yəni, istərdim ki, nəticə də olsun. Bu, bizim üçün böyük fürsət idi. Mən qarşımızdakı komandanı görürəm. Oyundan sonra da uşaqlara dedim ki, bu iş bitmədi, səfərdə bitirəcəyik. Çünki baxıram imkanımız, gücümüz var. Qarşımızdakı vəzifə odur ki, üzərimizdəki psixoloji yükü götürək, yalnız öz oyunumuza diqqət göstərək və səfərdən sərfəli nəticə ilə dönək. Yəni, "Qarabağ"ın "Tvente" ilə mübarizədə şansı var. Özü də çox böyük şansa malikdir. Hesab edirəm ki, hər şey özümüzdən asılıdır. Futbolçularımız yalnız oyuna köklənməli, öz oyunlarını sərgiləməlidirlər. Əlbəttə, bu da böyük fürsət idi".
Qeyd edək ki, cavab görüşü avqustun 28-də keçiriləcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |