1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Belə oyunla mərhələ adlamağa biz daha çox layiqik" - MÜSAHİBƏ
"Qarabağ" klubunun futbolçusu Qara Qarayev Hollandiya "Tvente"si ilə Avropa Liqasının ilk "pley-off" matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- "Tvente” ilə oyun haqda nə deyə bilərsiniz?
- Oyun pis alınmadı. Sadəcə, qol vəziyyətlərimizdən yararlana bilmədik. Qol vura bilməməyimizin səbəbini heç özüm də bilmirəm. Vüqar Nadirovun da, Reynaldonun da bunun üçün şansı vardı. Heç-heçə də pis nəticə deyil.
- "Qarabağ"ın ötürmələri geri verərək, hücumu öldürməsinin səbəbi nə idi?
- Hava çox isti idi. Bu şəraitdə topu tez-tez itirmək ziyan olardı. Geriyə oynayaraq, 5-6 qol imkanı yaratdıq. İtirsəydik, rəqib topu saxlamağa başlayacaqdı və biz yorulacaqdıq. Düşünürəm ki, səfərdə də bu cür oynamalı, çəkinməməliyik. Belə oyunla mərhələni adlamağa biz daha çox layiqik. Səfərdə də istədiyimiz oyunu nümayiş etdirsək, turu keçə bilərik.
- "Tvente”dən cavab oyunundan necə oyun gözləmək olar?
- Rəqibin bəzi oyunlarını izləmişik. Ev oyunlarında müdafiəyə üstünlük verirlər. Əsas məqsədimiz cavab matçında qol buraxmamaqdır. Növbəti oyuna daha yaxşı hazırlaşacağıq.
- 2009-cu ildə qarşılaşdığınız "Tvente" ilə indiki arasında fərq var?
- "Tvente"nin indiki heyəti gənc və perespektivli futbolçulardan ibarətdir. O vaxt "Tvente"nin daha güclü, daha keyfiyyətli futbolçuları vardı.
- Bəs bu oyunda "Tvente"nin üstünlüyü nəidi ki, qalib gələ bilmədiniz?
- "Tvente”də gənc oyunçular çoxdur deyə, fiziki cəhətdən güclüdürlər. Bizim çətinliyimiz qol imkanlarından istifadə edə bilməməyimiz oldu. İlk hissədə qol vura bilsəydik, hesab fərqli ola bilərdi.