Həmin vaxt "Dandolk" tərəfdarlarının olduğu tribunada Fələstin bayrağı peyda olub. UEFA nümayəndəsinin "Bayrağı yığışdırın" tələbinə baxmayaraq, yenidən nümayiş etdirilib. Bundan sonra epizod UEFA reqlamentinə zidd siyasi xarakterli hesab olunub. "Dandolk" qərardan apellyasiya vermək hüququna malikdir.
Qeyd edək ki, "bayraq qalmaqalı" "Neftçi" ilə Gürcüstan "Çixura"sı arasında iyulun 31-də keçirilmiş Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə də yaşanıb. Həmin vaxt "Bakcell Arena"da bir qrup gürcü fanat üzərində Zaqatala və Qax ərazilərinin də Gürcüstan ərazisi kimi göstərildiyi bayraq-banner açıblar. Banner azərbaycanlı azarkeşlərin və polislərin müdaxiləsindən sonra yığışdırılıb. Amma hələlik UEFA İntizam Komitəsi hadisə ilə bağlı tədbir görməyib.