Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışlarına avqustun 25-dən start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Artıq püşk atılıb və Azərbaycan pəhləvanlarının ilk rəqibləri müəyyənləşib:
50 kq
1/4 final - Kaiser Muller (MHL-Marşal adaları) - Cabbar Nəcəfov
69 kq
1/4 final - Mason Manville (USA-ABŞ) - İslambek Dadov
İlk görüşlər Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.
Qeyd edək ki, 2010-cu ildə ilk dəfə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləşçilərimiz tam heyətlə iştirak edərək, 4 qızıl və 1 gümüş medala sahib olublar.