
AZAL komandasının baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində "Qəbələ" ilə 1:1 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Əvvəlcə bayramınızı təbrik edirəm. Oyuna gəlincə, futbolçularımıza təşəkkür düşür. Sona qədər mübarizə apardılar. Uduza da bilərdik. Son dəqiqədə vurduğumuz qol bizə bir xal qazandırdı. Dəyişiklər etdik, bu da öz nəticəsini verdi.
- "Kəpəz"lə aradakı xal fərqi çoxdur. Futbolçuları necə motivasiya edirsiniz?
- Nəzəri baxımdan mümkündür. Ümid sonda ölür. Faktiki olaraq çətindir. Futbolçular tək bu mövsümü yox, gələcəyi düşünməlidirlər.
- AZAL-ın heyətində Vaqif Cavadov, Ruslan Əmircanov kimi futbolçular "Qəbələ"də çıxış ediblər. Bu baxımdan onlarla söhbət aparıb, oyuna kökləmişdiniz?
- Xeyr, heç bir söhbət olmamışdı. Bəlkə özləri nəsə düşünüblər. Bu cür söhbət əlavə aqressiyaya səbəb ola bilər.