O, 25-ci dəqiqədə hakimin qərarına açıq-aşkar etiraz edib. Ardından Simeone 4-cü hakimin xəbərdarlığına cavab olaraq, ədalət təmsilçisinin boynunun arxasına 2 dəfə şillə vurub. Nəticədə 44 yaşlı mütəxəssis tribunaya göndərilib. Amma baş məşqçi oyunu ehtiyat oyunçular skamyasının arxasından izləyib. "Atletiko"nun 1:0 hesablı qələbə qazandığı görüşdən sonra isə Simeone üzr istəyib.
Qeyd edək ki, "Atletiko" qərardan apellyasiya verməyə hazırlaşır. Şikayət müsbət cavablandırılmasa, Dieqo Simeonenin cəzası İspaniya La Liqası matçlarına şamil ediləcək.