AFFA-nın İntizam Komitəsi Zaqatalanın "Simurq" klubunun futbolçusu Draqan Çeranı cərt cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna 27 yaşlı hücumçunun Topaz Premyer Liqasının III turunda "Xəzər Lənkəran"la matçın 90+2-ci dəqiqəsində hakimi təhqir etməsi səbəb göstərilib.
Həmin vaxt referi Elvin Əsgərov serbiyalı oyunçuya birbaşa qırmızı vərəqə göstərib. AFFA İntizam Komitəsi isə futbolçunu 4 oyunluq cəzaya, klubunu 4000 manat cəriməyə məruz qoyub.
Həmin vaxt referi Elvin Əsgərov serbiyalı oyunçuya birbaşa qırmızı vərəqə göstərib. AFFA İntizam Komitəsi isə futbolçunu 4 oyunluq cəzaya, klubunu 4000 manat cəriməyə məruz qoyub.
"Simurq" daha 2000 manat cəriməni isə 90+3-cü dəqiqədə azarkeşlərinin meydana kənar əşyalar atması səbəbindən ödəməli olacaq.