"Sumqayıt" klubu "İnter"ə 1:5 hesablı məğlubiyyətdən sonra futbolçulara ciddi xəbərdarlıq edib. Bu barədə Sportnet.az-a klubun prezidenti Kamran Quliyev açlqlama verib.
Onun sözlərinə görə, qarşıdakı 3 oyun üçün komandanın qarşısına konkret məqsəd qoyulub. Bu görüşlərdə uğurlu nəticə qeydə alınmasa, etimadı doğrulda bilməyən futbolçular müqavilələrinin olub-olmamasına rəğmən, göndərilə bilərlər: "Hesab edirik ki, futbolçu gərək klubunda əziyyət çəksin, hər bir matçda peşəkar səviyyədə mübarizə aparsın, ona bəslənən etimadı doğrultsun. Klubla müqaviləsinin olması heç də onun anlaşmasının sonunadək qalacağı anlamına gəlmir. Futbolçuların vaxtından tez göndərilmə, anlaşmalarının pozulma halları da mövcuddur. Baş məşqçimiz Aqil Məmmədovun "İnter"lə qarşılaşmadan sonra "Bir çox futbolçu ilə yollarımız arıla bilər" açıqlaması da belə bir halın baş verə biləcəyinə dair bir xəbərdarlıqdır".
Quliyevin fikrincə, növbəti 3 rəqib - "Araz Naxçıvan", "Bakı" və AZAL keyfiyyətcə "Sumqayıt"la eyni səviyyəli komandalardır. Klub prezidenti bu rəqiblərin hər biri ilə matçda komandasından layiqli oyun gözlədiyini əlavə edib.
Qeyd edək ki, "Sumqayıt" "Araz Naxçıvan"la avqustun 30-da, AZAL-la sentyabrın 20-də evdə, "Bakı" ilə sentyabrın 14-də səfərdə üz-üzə gələcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |