
QOL: Vobay, 58 - Şkuletiç, 24; 90+2
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Culius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyn Seyidov, 90. Ernest Nfor.
Partizan: 25. Milan Lukaç, 4. Miroslav Vuliçeviç, 5. Nemanya Petroviç, 6. Voyislav Stankoviç (k), 30. Branko İliç, 8. Darko Braşanaç, 14. Petar Qrbiç, 17. Andrey Jivkoviç, 18. Nikola Drinçiç, 27. Danko Lazoviç, 32. Petar Şkuletiç.
Salam. Sportnet.az Tofiq Bəhramov adına Respublika stadionundan mətn yayımına başlayır. Komandalar meydana çıxırlar. Tribunalar gözlənildiyinin əksinə, dolmayıb. 15 minədək azarkeş komandaları salamlayır.
Oyun başladı.
4` İlk təhlükə "Partizan"dan gəlir. Stamenkoviç irəli çıxaraq rəqibin hücumunu zərərsizləşdirir. "Neftçi"nin əks-hücumunda isə Abdullayevin zərbəsini qapıçı qaytarır. Hər iki təhlükəli hücum zərərsizləşdirilir.
11` "Neftçi"nin hücumu təhlükəli alına bilərdi. Nfor ofsayda düşdü.
12` "Partizan"ın oyunçusu zərbə mövqeyinə düşsə də, müdafiəçilər fərqlənməsinin qarşısını alır.
13` Drinçiçin cərimə zərbəsi. Top qapının yanından keçir.
14` Nfor gözəl zərbə endirir, qapıçı topu çətinliklə dəf edir. Referi isə epizod anında cərimə zərbəsi qeydə alır.
24. QOL. "Partizan" hesabı açır. Şkuletiç təkbətək çıxaraq, matçda ilk qolu vurur.
28` "Neftçi" əlverişli imkanı qaçırır. Abdullayev cinah keçidindən sonra topu qapı qarşısına ötürür, Nfor ayağını topa qoya bilmir.
30` Abdullayevin uzaqdan zərbəsi qapının üstündən keçir.
31` Vobayın uzaqdan zərbəsini qapıçı çətinliklə çıxarır.
34` Jivkoviçin zərbəsi qapıdan aralı keçir.
37` Flavinyo qapı qarşısına ötürməyə ayaq qoya bilmir.
41` Vobayın cinah asmasından sonra Nfor topsuz mübarizədə yerdə qalaraq, penalti istəyir. Hakim "davam" deyir.
45` Nfor kobud oyuna görə sarı vərəqə alır.
45+2' İlk hissə başa çatdı
İkinci hissə başladı.
47` Erik Ramos kobud oyuna görə sarı vərəqə alır.
49` Nforun zərbəsi qapıdan keçsə də, referi ofsayd qeydə alır.
53` "Neftçi"də ikinci əvəzləmə. Flavinyonu Bertuççi, Seyidovu Kanales əvəzləyir.
57` QOOOOOOOOOOOOOOOOOL, Denis Silva Vobayı ötürmə ilə zərbə mövqeyinə çıxarır, komanda yoldaşı isə topu qapının uzaq küncünə göndərir.
60` Şkuletiç cinah keçidindən sonra topu qapı qarşısına ötürür. Yunuszadə topu meydandan çıxarır.
61` Vuliçeviç kobud oyuna görə sarı vərəqə alır.
62` Nfor zərbə mövqeyinə çıxsa da, dəqiq zərbə endirə bilmir.
63` Kanales zərbə mövqeyinə çıxarılsa da, topa çata bilmir.
65` Kanales zərbə mövqeyinə çıxır. Qüvvətli zərbəsini qapıçı çətinliklə dəf edir.
70` Vobay arxadan sürüşmə fəndinə görə sarı vərəqə alır.
72` Vobayın uzaqdan zərbəsi qapının üstündən keçir.
73` Şkuletiçin uzaqdan təhlükəli zərbəsini Stamenkoviç ustalıqla dəf edir.
75` "Partizan" az qala qol vuracaqdı. Müdafiəçilər son anda təhlükəni sovuşdururlar.
81` Denis Silvanın uzaqdan zərbəsi qapının yanından keçir.
83` Vobayın əvəzinə Samir Məsimov meydana daxil olur.
84` "Partizan"da da əvəzləmə olur. Lazoviçin əvəzinə Pantiç meydana girir.
85` Nfor kobud oyuna görə ikinci sarı vərəqənin ardından meydandan qovulur.
90` İkinci hissəyə 4 dəqiqə əlavə olunur.
90+2` "Partizan" qol vurur. Meydanda futbolçular arasında toqquşma baş verir. Referi Ramosa qırmızı vərəqə göstərir.
90+4` "Partizan"da əvəzləmə. Şkuletiçi Ostoviç əvəzləyir.
Oyun başa çatdı.