"Qarabağ”
Avropa Liqası qrup mərhələsinin ev oyunlarında biletlərin qiymətini qaldıracaq.
Bu barədə sportnet.az saytına klubun baş direktoru Əmrah Çəlikəl məlumat verib.
O
bildirib ki, bu qrup matçlarını izləmək istəyənlərin sayının daha çox olması
ilə əlaqədardır. Lakin Çəlikəl biletlərin qiymətlərinin çox da yüksək
olmayacağını da sözlərinə əlavə edib: "Təsnifat mərhələsində əksər biletlərə 1
manat qiymət qoyulmuşdu. Qiymələri qaldırmağımız heç də o anlama gəlməməlidi ki
hərəsi 50 manata satılacaq. Ama nəzərə almaq lazımdır ki, azarkeş komandanın
daim ayaq üstə olması üçün əlindən gələni etməlidir. Bu mənada biletlərə
azarkeşlərin də imkanlarına cavab verən qiymət qoyacağıq”.
Qeyd edək ki, "Qarabağ” ilk ev oyununu sentyabrın 18-də keçirəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüş saat 22:00-da başlayacaq.