Avropa Liqasında "Dnepr"lə birgə F qrupunda yer alan klublar Ukraynaya getməkdən narahatdırlar. Bu barədə Sportnet.az-a "Qarabağ"ın baş direktoru Əmrah Çelikəl məlumat verib.
Onun sözlərinə görə, səbəb Ukraynada davam edən müharibədir. Çelikəl bildirib ki, Avroliqanın qrup mərhələsinin püşkatmasından sonra UEFA-nın toplantısında təkcə "Qarabağ" deyil, Fransa "Sent Etyen"i və İtaliya "İnter"inin rəsmiləri də bu ölkəyə getməkdə qərarsız olduqlarını bildiriblər: "Hamı bilir ki, Ukraynada müharibə gedir. Yəqin ki, "Dnepr" təhlükəsizlik məsələlərini nəzərə alacaq. Təkcə biz deyil, "İnter" və "Sent Etyen" də Ukraynaya getməkdə qərarsızdırlar. Orada nə ilə qarşılaşacağımızı bilmirik. Biz Ukraynanın siyasi işlərinə qarışmaq istəmirik. Yəqin ki, klub rəhbərliyi təhlükəsizliyi təmin edəcək və oyunlar elə Ukraynada keçiriləcək".
Qeyd edək ki, "Qarabağ" "Dnepr"lə ilk görüşünü oktyabrın 23-də səfərdə, təkrar matçı isə noyabrın 6-da Bakıda keçirməlidir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |