
Rusiya milli komandasının baş məşqçisi Fabio Kapelloya yeni köməkçi-məşqçilər təyin olunub. Sportnet.az-ın məlumatına görə, bunlar İqor Simutenkov və Sergey Semakdır.
Hər iki mütəxəssis bu gündən başlanacaq təlim-məşq toplantısında milliyə qoşulacaqlar. Onların ilk sınağı sentyabrın 3-də keçiriləcək yoldaşlıq görüşündə Azərbaycan yığmasına qarşı olacaq. "Ximki Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Rusiya millisində köməkçi-məşqçi postuna Andrey Kobelev, Aleksandr Borodyuk və Oleq Paşinin də namizəd idi.