
Türkiyənin "Qalatasaray" klubu danışıqlar apardığı futbolçulardan 2-si ilə müqavilə bağlayıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar İtaliya "Napoli"sindən alınan Qoran Pandev və Blerim Cemaylidir.
31 yaşlı hücumçu Pandevlə 1 illik müqavilə bağlanılıb. Onun keçidi üçün "Napoli"yə pul ödənilməyib. Əvəzində makedoniyalı oyunçuya 2,4 milyon avro veriləcək. O, mövsüm ərzində 27 rəsmi matçda ən azı 30 dəqiqə oynasa, müqaviləsi avtomatik daha 1 il uzadılacaq. Bu halda, ona ilinə 2,1 milyon avro veriləcək.