
Dəvətlilərdən yalnız "Spartak"ın hücumçusu Artyom Dzyuba çalışmalarda iştirak etmir. O, xəstəliyi ilə əlaqədar komandaya gec qoşulacaq. Amma Dzyubanın millimizlə sabahkı görüşdə iştirakı sual altındadır.
Qeyd edək ki, "Ximki Arena"da keçiriləcək Rusiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.