Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov yoldaşlıq görüşündə Rusiya yığmasına 0:4 hesablı məğlubiyyəti şərh edib. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı futbolçu millimizin oyununa erkən buraxılan 2 qolun mənəvi təsir etdiyini bildirib.
Cavadov komandamızın heç də zəif oynamadığını iddia edib: "Bu matç bizim üçün vacib idi. Çünki Avropa çempionatının seçmə mərhələsinin start oyununa hazırlaşırıq. Bəli, nəticə pis oyundan xəbər verir. Amma mən pis oynadığımızı deməzdim. Çünki biz döyüşdük və xüsusən, ikinci hissədə oynadıq".
Cavadovun fikrincə, bu məğlubiyyətdən faciə yaratmaq lazım deyil: "Ən əsası, Bolqarıstanla sentyabrın 9-dakı matçımızdır. Hələ hazırlıq üçün vaxtımız var. Bu oyuna biz fərqli motivasiya ilə yanaşacağıq. Bu, futboldur. Belə nəticələr də olur, amma həyat davam edir".
Qeyd edək ki, Bolqarıstanla 2016-cı il Avropa çempionatının seçmə qrup matçı "Bakcell Arena"da keçiriləcək.