1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avrokuboklarda səfər qolunun üstünlüyü qaydasının ləğvi istənildi
Avropa kubokları uğrunda "pley-off" matçlarında rəqib meydanında vurulmuş qolun üstünlüyü qaydasının ləğvi qitə məşqçiləri forumunda müzakirə olunub. Sportnet.az-ın məlumatına görə, bu barədə foruma sədrlik edən İngiltərə "Mançester Yunayted"inin sabiq baş məşqçisi Aleks Ferqyuson açıqlama verib.
Elit məşqçilər forumu İsveçrənin Nyon şəhərində UEFA tərəfindən təşkil olunub. Rəqib meydanında vurulan qolun üstünlüyü qaydası Avropa kuboklarında 1965-1966-cı il mövsümündən öncə tətbiq olunub. Bu qaydaya əsasən, 2 oyunluq qarşıdurmanın yekunu heç-heçə olsa, qalib rəqib meydanında vurulan qolların sayına əsasən müəyyənləşir. Bəzi mütəxəssislərin fikrincə, bu qayda futbolun müasir reallıqlarına uyğun gəlmir.
Ferqyuson deyib: "Forumda bu mövzuda diskussiya aparıldı. Kimisi hesab edir ki, hazırda bu qayda elə də vacib deyil. Hər halda müasir dövrdə 5-6 futbolçu ilə əks-hücuma keçirlər. 30 il öncə isə belə futbolçuların sayı maksimum 2 idi".