Almaniya "Bavariya"sının futbolçusu Frank Riberi UEFA prezidenti Mişel Platiniyə cavab verib. Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi Platininin sözlərinin onu fikrindən döndərə bilməyəcəyini açıqlayıb.
Riberi deyib: "Mən artıq yığma karyeramı başa vurmaq istədiyimi demişəm. Artıq bu barədə Fransa millisinin baş məşqçisi Didye Deşamla da razılığa gəlmişəm. Bütün diqqətimi "Bavariya"ya yönəltmək istərdim. Bir daha bu məsələni müzakirə etmək fikrində deyiləm. Platininin fikirləri mövqeyimi dəyişməyəcək. Məni siyasi açıqlamalar narahat etmir".
Qeyd edək ki, Mişel Platini Frank Riberinin karyerasını əsaslı səbəb olmadan başa vurmasını düzgün saymayıb. O, Riberinin yığmadan dəvəti qəbul etməli olduğunu bildirib.