1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əcnəbilərin payı və sayı
Azərbaycan millisinin Bolqarıstana qarşı sərgilədiyi oyunu izləyə bilmədim. Matçı hansı telekanalda yayımlandığından xəbərsiz idim. Bu səbəbdən, hərtərəfli şərh verməyim yanlış olardı.
Amma Rusiya ilə qarşılaşmada buraxılan qolları izlərkən, gördüm ki, Azərbaycan yığmasının müdafiə xəttində ciddi problemlər var. Lazımi xəbərdarlıqlar etdim və dedim ki, Bolqarıstan yığması keçmiş nüfuzunu qaytarmaq istəyir. Komandanın baş məşqçisi, yaxın dostum Lyuboslav Penev çox iddialı və sözündə etibarlıdır. Bolqaralar onun işinə çox inanırlar...
Matçdan əvvəl onun necə ağıllı açıqlamalar verdiyini özünüz də gördünüz. Dedi ki, oyunun favoriti Azərbaycandır və Azərbaycanın Bolqarıstanı yenə biləcək gücü var. Bununla da Penev meydan sahiblərinin matçdan öncəki inadkarlıqlarını əllərindən ala bildi. Üstəlik, Azərbayacan futbolçularının optimal səviyyədə lazım olan özünəinamlarını bir qədər aradan qaldıra bildi və matçın daha asan keçəcəyi mesajını göndırdi.
Berti Foqtsa gəlincə, ondan ilk öncə bunu gözləyirdim: Ötən 6 il ərzində Azərbaycan yığmasının daha yaxşı müdafiəsinin necə qurulmalı olduğunu öyrətsin. Xatırlatmaqda fayda var ki, özü Almaniya yığmasında oynamış müdafiəçi olub. Amma həm Rusiya, həm də Bolqarıstanla görüşlərdə müdafiəçilər çox həvəskarcasına qollar buraxdı. Bu isə 6 il ərzində Azərbaycan yığmasına ciddi məşqçi əlinin dəymədiyini göstərir.
Digər tərəfdən, Foqts seleksiya işlərində də çox ciddi səhvlər edir. Bu komandaya Azərbaycan əsilli keyfiyyətsiz futbolçular almaması lazımdır. Meyar mütləq keyfiyyət olmalıdır. Mən indiki məqamda keyfiyyətsiz futbolçulardansa keyfiyyətli əcnəbilərin alınmasından yanayam. Bir şərtlə ki, sonradan bu işə bir daha baxılsın.
Unutmayaq ki, "Qarabağ" və daha öncə "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə yüksəlməsinin ən böyük sirri bu komandalarda çox keyfiyyətli əcnəbilərin olmasından qaynaqlanır. Təbii, bu uğurlarda yerli futbolçuların da rolu var. Amma qəbul etməliyik ki, əcnəbilərin payı daha çoxdur.
Bu səbəbdən, hazırkı məqamda hansı klubda çıxış etməsindən asılı olmayaraq, səviyyəli legionerləri milliyə dəvət etmək lazımdır. Bu, bir neçə il davam etməlidir. O vaxtadək ki, klublar kimi yığma da uğurlara imza atar. Məhz bundan sonra əcnəbilərin sayını yavaş-yavaş azaltmaq və yerlilərə üstünlük vermək olar.
Sevgi və sayqılarımla...
Naci ŞENSOY