Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası sentyabrın 23-də İtaliyada start götürəcək dünya çempionatına itkilərlə yollanacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə yığmamızın baş məşqçisi Faiq Qarayev açıqlama verib.
Onun sözlərinə görə, Valeriya Korotenko analıq məzuniyyəti, Kseniya Kovalenko və Natalya Məmmədova isə zədə səbəbindən mundiala aparılmayacaq. Qarayevin fikrincə, bu 3 oyunçu heyətdə yer alsaydı, millimiz Belçika, Çin, Kuba, Yaponiya və Puerto Riko ilə birgə olduğu D qrupundan növbəti mərhələyə çıxardı: "Hazırda yığmamızda lider yoxdur. Düzdür, Oksana Parxomenko kapitan sarğısını daşıyacaq. Amma o, oyunun bütün ağırlığını öz üzərinə götürə biləcək səviyyədə deyil".
Bununla belə, baş məşqçi yığmamızın tarixi ərzində 3-cü dəfə dünya çempionatına vəsiqə qazanmasını böyük uğur sayıb. O deyib ki, keçmiş SSRİ-də Rusiyadan başqa buna nail olan ikinci ölkə yığması yoxdur. Qarayev əsas məqsədlərinin komanda növlərində ilk dəfə olimpiadaya vəsiqə qazanmaqdan ibarət olduğunu açıqlayıb: "Gələn il Bakıda keçiriləcək Avropa Oyunları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına reytinq xarakteri daşıyacaq. Ona görə də Avropa Oyunlarında da uğurla çıxış etməliyik".
Qeyd edək ki, millimiz dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanmaq üçün qrupda ilk "4-lüy"ə düşməyi bacarmalıdır.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |