
Yayda Ağdam komandasının sıralarına qoşulan Dias dizində ağrılar hiss edirdi. Klub həkimləri davamlı müalicələrlə əməliyyatın qarşısını almağa cəhd etsələr də, 29 yaşlı futbolçunun menisk əməliyyatı qaçılmaz olub. "Sambaçı" yaxın günlərdə Türkiyədə cərrah masasına uzanacaq. O, təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.