Ukrayna çempionatında 7-ci tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son qarşılaşmasında "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" "Olimpik"i qəbul edib.
Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. İlk yarıda cəmi 1 qol vurulub. 9-cu dəqiqədə Yevgeni Seleznyov hesabı açıb. Fasilədən sonra "Dnepr" təzyiqi daha da gücləndirib və 49-cu dəqiqədə Brunu Qama, 75-ci dəqiqədə Duqlas, 77 və 89-cu dəqiqələrdə isə Nikola Kaliniç fərqlənib.
Bu qələbə sayəsində "Dnepr" xallarını 19-a çatdıraraq, liderliyə yüksəlib. Evdə "Zarya"ya 0:1 hesabı ilə məğlub olan "Şaxtyor" turu 18 xalla 2-ci, "Volın"ı 4:1 hesabı ilə darmadağın edən Kiyev "Dinamo"su isə 3-cü pillədə tamamlayıb.