Dünya futbolu tarixində ən məhsuldar qapıçı sayılan Rojerio Seni karyerasında 122-ci qolu vurub. Sportnet.az-ın məlumatına görə, Braziliya "San Paulu"sunda çıxış edən qolkiper "Qremio" ilə ölkə çempionatı matçında yeganə topun müəllifi olub.
Seni 55-ci dəqiqədə penaltidən dəqiq yararlanıb.
Qeyd edək ki, 41 yaşlı qapıçı cari mövsümün onun üçün sonuncu olacağını açıqlayıb. Rojerio Seni karyerası ərzində yalnız "San Paulu"nun şərəfini qoruyub və 1000-dən çox oyuna çıxıb.