Oktyabrın 10-da Palermo şəhərində milli komandamıza qarşı
forma feyinəcək İtaliya yığmasının aparıcı müdafiəçisi Corcio Kyellini müqaviləsini
yeniləyəcək. Sportnet.az-ın məlumatına görə, "Yuventus" rəhbərliyi təcrübəli
futbolçunu komandada saxlamağa müvəffəq olub.
30 yaşlı Kyellini Turin klubu ilə anlaşmasını daha 4 il uzatmağa razılıq verib. Artıq tərəflər arasında danışıqlar yekunlaşıb, müqavilənin rəsmən yenilənməsi qalır.
Qeyd edək ki, 2005-ci ildən "byankonerilər"un uğurları üçün çalışan müdafiəçi 10 ildir İtaliyanın əsas millisində forma geyinir. Millimizlə Avro-2016-nın seçmə oyununda meydana çıxacağı şübhə doğurmayan Kyellini yığmada keçirdiyi 71 oyuna 4 qol vurub. O, DÇ-2014-də Uruqvayla oyun zamanı rəqib futbolçu Luis Suares tərəfindən dişlənilib. Nəticədə Suares uzun müddətə diskvalifikasiya olunub.