20-ci dəqiqədə yaşanan davada qara kapuşonlu azarkeşlər xüsusi fəallıq göstəriblər. Onlar hətta polislə münaqişədən də çəkinməyiblər. İnsident hər iki komandanın pirotexniki vasitələrdən istifadəsi ilə davam edib. İspaniyalı baş hakim Antonio Mateu Laos oyunu 5 dəqiqə dayandırmağı qərara alıb. Komandaların futbolçuları isə öz azarkeşlərini sakitləşdirmək üçün onlara tərəf yollanıblar.
Qeyd edək ki, matç Xorvatiyanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu bolqarıstanlı futbolçu Nikolay Bodurov öz qapısından keçirib.