Bu görüş "neradzurri"nin baş məşqçisi Valter Matsarinin keçmiş komandasına qarşı oyunu kimi də əlamətdar olub. Matçda hesabı 79-cu dəqiqədə "Napoli"nin futbolçusu Xose Kalyexon açıb. Bundan cəmi 3 dəqiqə sonra "İnter"in oyunçusu Freddi Quarin bərabərliyi təmin edib. Lakin 90-cı dəqiqədə Kalyexon yenidən fərqlənərək, "Napoli"ni bir daha irəli çıxarıb. Bununla belə, "İnter"in futbolçusu Ernandes 2-ci uzatma dəqiqəsində komandasının bərabərlik qolunu vurub. Bununla da qarşılaşma 2:2 hesablı heç-heçə ilə nəticələnib.
Bu nəticədən sonra xallarını 9-a çatdıran "İnter" 9-cu pilləyə yüksəlib. "Napoli" isə 11 xalla 7-ci pilləyə qalxıb.
Digər matçlara gəldikdə, "Latsio" səfərdə "Fiorentina"nı Corceviç və Luliçin qolları ilə yenib - 2:0. "Milan" səfərdə "Verona"nı 3:1 hesabı ilə yenərək, 14 xalla 4-cü pilləyə yüksəlib. Qollardan 2-ni Honda vurub. İtaliyanın millimizi 2:1 hesabı ilə yendiyi "Rentso Barbera" stadionunda "Palermo" eyni hesabla "Çezena"ya qalib gəlib.