AVRO-2016-nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya matçında baş verən hadisələrlə bağlı UEFA qərarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.
Oyun zamanı meydançaya üzərində Serbiyadan ayrılan Kosovanın əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı endirildiyinə görə Albaniyaya 0:3 hesablı texniki məğlubiyyət verilib, Serbiya millisinin isə ehtiyatındakı üç xal silinib.
Bundan əlavə Serbiya yığmasının AVRO-2016-nın seçmə mərhələsində növbəti iki matçına azarkeş buraxılmayacaq. Hər iki milli 100 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, matçın 44-cü dəqiqəsində meydana endirilən Albaniya bayrağından sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb və baş hakimi Martin Atkinson oyunun yarımçıq dayandırıb.