
Azərbaycan milli komandasının baş məşqçisi Mahmud Qurbanov Türkiyə "Elazığspor"unda icarə əsasında çıxış edən Cavid İmamverdiyevin oyununu canlı izləyib. Bu barədə Sportnet.az-a 41 yaşlı mütəxəssis özü məlumat verib.
O bildirib ki, Türkiyə I liqasında "Samsunpor"la səfər matçında İmamverdiyev meydana olduğu ilk 45 dəqiqə ərzində pis təsir bağışlamayıb: "Çoxdan idi Cavidin oyununu izləmirdim. Pis təsir bağışlamadı. Matçdan sonra futbolçunun özü ilə də görüşdüm. Lakin bizim çempionatda da, Türkiyə I liqasında da qarşıda hələ iki tur var. Kim özünü yaxşı tərəfdən göstərsə, millinin heyətində Norveç ilə oyunda meydana çıxacaq".
Qeyd edək ki, "Samsunspor" - "Elazığspor" matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib.