
Cari mövsümə ilk "üçlük" hədəfi ilə başlayan, lakin uğursuz çıxışını davam etdirən AZAL-ın ardıcıl məğlubiyyətləri klub rəhbərliyini də bezdirib. Sportnet.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu gün klub rəhbərliyi, məşqçilər korpusu və futbolçuların iştirakı ilə iclas keçirilib.
İclasda
komandanın uğursuz çıxışının səbəbi barədə müzakirələr aparılıb, baş məşqçi Tərlan
Əhmədov hesabat verib. Hətta rəhbərliyin futbolçulara, eləcə də məşqçilər
korpusuna xəbərdarlıq etdiyi bildirilir. "Təyyarəçilər" qarşıdakı iki
turda "Simurq" və "Neftçi"yə də məğlub olarsa, milli
komandanın oyunu səbəbindən çempionatda yaranacaq fasilədə AZAL-da məşqçilər
korpusu istefaya göndərilə bilər. Bir sözlə, Tərlan Əhmədova vəziyyəti düzəltmək
üçün 2 oyunluq şans verilib.
Qeyd edək ki, AZAL Topaz Premyer Liqasının ilk 9 turundan
sonra aktivindəki
9 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

