"Qarabağ” Avropa Liqasının qrup
mərhələsi çərçivəsindəki IV tur matçında Ukrayna "Dnepr"i ilə üz-üzə
gələcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Tofiq
Bəhramov adına Respublika stadionunda keçiriləcək matçdan bir gün əvvəl həmin
arenada komandaların mətbuat konfransı və oyunöncəsi son məşqi baş tutacaq.
Belə ki, "Dnepr"in oyunqabağı
sonuncu məşqi saat 18:00-da olacaq. Qonaq komandanın baş məşqçisi Miron
Markeviç isə media mənsublarının önünə 17:30-da çıxacaq. "Qarabağ"ın
baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı saat 19:00-da, komandanın
məşqi isə 19:30-da olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı noyabrın 6-da saat 21:00-da baş tutacaq.