Bu gün Avropa Liqasının qrup mərhələsinin
IV turunda Bakıda "Qarabağ” Ukraynanın "Dnepr”
klubunu qəbul edəcək. Sportnet.az-ın məlumatına görə,
Bakıya yola düşməzdən əvvəl komandanın futbolçusu Artyom Fedetski yerli
jurnalistlərə müsahibə verib.
- "Dinamo” ilə oyundan sonra psixoloji vəziyyət necədi?
-
Gəlin son turdakı məğlubiyyəti faciə etməyək. Bu futboldu, burda hər şey ola
bilər və biz uduzduq. Düzdür, heç kim uduzmaq istəmir ancaq bu artıq oldu. Bir sözlə komanda bir qədər özünə əasəbi və
üzgündü. Ancaq irəli getmək lazımdır. Qarşıda bizi "Qarabağ” və "Şaxtyor”la
vacib qarşılaşmalar gözləyir. Ona görə də yaxşı hazırlaşmalıyıq.
- Sabahkı (bu gün) oyunu sizin üçün ölüm-dirim
matçı hesab etmək olarmı?
- Düşenerəm
ki, hə. Əgər qrupdan çıxmaq şansımızı davam etdirmək istəyiriksə, bu oyunda
qalib gəlməliyik. Bilirik ki, bizi orda çətin qarşılaşma gözləyir. Lakin bu hər
oyunda belədir.
- İlk matçdan nəticə çıxararaq, bilirsinizmi "Qarabağ” üzərində qələbə üçün nə etməlisiniz?
- İlk
öncə qol vurmaq lazımdır (gülür). Əgər bu alınsa hər şey yaxşı olacaq. Bizdə
qol epizodları olur, ancaq sonda nəsə çatmır. Özümüzü və azarkeşlərimizi
əsəbləşdirməmək üçün bunun üzərində çalışırıq.
- Avropa kuboklarında qolu çətin vurursunuz, lakin daxili çempionatda məhsuldarlığınız ilə diqqət çəkirsiniz. Bu təsadüfdür, yoxsa necə?
- Əgər səbəbini bilsəydik, çoxdan bunu həll edərdik. Təbii ki, biz qol vurmaq istəyirik. Çempionatda az-çox hər şey alınır. Lakin Avropa Liqasının qrup mərhələsində qol vura bilməmişik. Allah qoysa, bu vəziyyəti qarşıdakı matçda dəyişərik.