Rumınya çempionatında çıxış edən "Tarqu-Mureş”
klubunun yarımmüdafiəçisi Qabriel Mureşan 16 oyunluq diskvalifikasiya olunub. Sportnet.az-ın məlumatına görə, "Xəzər
Lənkəran” klubunun sabiq futbolçusu rəqibinə qarşı kobud oynayıb.
Mureşan "Styau”ya qarşı
keçirilən matçda epizodların birində rəqib oyunçu Raul Ruseskunu dirsəyi ilə
vurub. Zərbənin gücündən futbolçunun almacıq sümüyü qırılıb. Raul bir neçə
həftə meydana çıxa bilməyəcək. Həkimlərin bildirdiyinə görə, futbolçu bu zərbədən
gözünü də itirə bilərdi.
Qeyd edək ki, vaxtilə
"Xəzər Lənkaran”da oynamış Qabriel Mureşan 16 oyunluq diskvalifikasiya ilə
yanaşı 7100 dollar dəyərində cərimə də ödəməli olacaq.