DÇ-2022-nin
ev sahibi olan Qətərin İŞİD-ə dəstək verməsi iddiası futbol dünyasını çaş-baş
salıb. Sportnet.az-ın məlumatına görə, İŞİD terror qruplaşmasına dəstək verdiyi
iddia edilən Qətər dövlətinin, DÇ-2022-nin əlindən alınması gündəmə gəlib.
Almaniya
mətbuatında yer alan xəbərlərə görə, FİFA prezidenti Yozef Blatter Osloda
Norveçli yüksək səviyyəli futbol rəhbərlərinin toplantısında, 2022-ci il Dünya
Çempionatının Qətərdə keçirilməyəcəyini bildirib. Digər məlumatlarda isə
bildirilir ki, Blatter başqa bir toplantıda Qətər barədə bunları deyib:
"Ərəblər pul ilə hər şeyi həll edəcəklərini düşünürlər. Qətər İŞİD-ə pul
yardımı edir”.
Almaniyanın "Spiegel” nəşrinin bu barədə FİFA-ya sual ünvanladığı, ali qurumun isə bu barədə Blatterin heç bir açıqlaması olmadığını bildirdiyi qeyd olunub. FİFA DÇ-2022-nin Qətərdə təşkili ilə bağlı hər hansı problemin olmadığını, həmçinin Blatterin bu barədə danışmaq istmədiyi bildirilib.