
"Qarabağ"ın
Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransa
"Sent-Etyen"i ciddi itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, buna səbəb komandanın kapitanı Loik
Perrinin zədəli olmasıdı.
29
yaşlı yarımmüdafiəçi Milan "İnter"i ilə son Avroliqa matçında
baldırından zədə alıb. O, zədə səbəbindən Fransa çempionatının son turundakı
"Monako" ilə matçda da iştirak
etməyib.
Buna
baxmayaraq, Perri Fransa millisinin Albaniya və İsveçlə keçirəcəyi
yoxlama matçları üçün nəzərdə tutulan heyətə dəvət alıb. Hazırda
"ağ-yaşıllar"ın məşqçilər heyəti futbolçunun yığmanın oyunlarında
çıxış edərkən, zədəsinin daha da pisləşə biləcəyindən narahatdı.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin növbəti V turunda "Sent-Etyen"lə qarşılaşacaq. Qarşılaşma noyabrın 27-də Fransada keçiriləcək.