FİFA 2018 və 2022-ci il futbol üzrə dünya çempionatlarının keçirilməsi üçün Rusiya və Qətərin hər hansı pozuntuya yol vermədiklərini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə ali qurum bəyanat yayıb.
Bir il davam edən araşdırmaların ardından ardıcıl olaraq 75 şahid dindirilib və
onların səs yazıları toplanılıb. Araşdırmalar nəticəsində 200 min səhifəlik
material hazırlanıb. Lakin bu ölkələrin dünya çempionatılarını öz ölkələrində keçirilməsi üçün heç bir pozuntu aşkarlanmayıb.
Qeyd edək ki, Britaniya mətbuatında Qətərin dünya çempionatını keçirmə hüququnu əldə etmək üçün FİFA-nın keçmiş üzvü Məməmməd bin Xammamın əli ilə 5 milyon dollar rüşvət verdiyi bildirilirdi.