Polşa Voleybol Federasiyasının prezidenti həbs
olunub. Sportnet.az-ın məlumatına görə, Miroslav Prjedpelski korrupsiyada
şübhəli bilinir.
Polis dünən təşkilatın ofisinə soxularaq onu həbs
edib. Hadisənin detalları açıqlanmır. Lakin mətbuatda yayılan xəbərlərə görə,
bu 2014-cü il dünya çempionatının tenderi ilə bağlıdır.
Təşkilatın mətbuat katibi bu barədə qısa açıqlama verib: "Voleybol federasiyası üçün xoşagəlməz hadisədir. Lakin bunu hərtərəfli araşdırmaq [url=http://][/url]lazımdır”.