
Türkiyə
PTT 1-ci liqasında mübarizə aparan "Denizlispor”un baş məşqçisi Özcan Bizati sabah "Antalyaspor”
ilə qarşılaşmada Rail Məlikovun xidmətindən istifadə etməyəcək. Sportnet.az-ın türkiyə
mətbuatına istinadən məlumatına görə, bu barədə baş məşqçi jurnalistlərə
açıqlamasında bildirib.
Hazırlıqlarını
davam etdirən "Dənizlispor”un baş məşqçisi Bizati açıqlamasında Məlikovun heç
bir bəhanə gətirmədən Azərbaycandan gec döndüyü üçün heyətdən kənarlaşdırdığını
deyib. Baş məşqçi futbolçuya 4 günlük icazə verildiyi, lakin Railin komandaya 2
gün daha gec qoşulduğunu bildirib: "Futbolçumuz düşərgəmizə gec qoşulub. Texniki
heyət olaraq qərara aldıq ki, bir müddət əvəzedici heyətdə məşq etsin. Gec
dönəcəyi barədə məlumat vermədiyi və telefonları açmamasına görə Məlikova 5 min
lirə cəza da kəsilib. Anasının xəstə olduğunu bəhanə edib. Lakin mənim də anam
keçən həftə əməliyyat olundu, ancaq mən Manisaya hazırlıq oyununa getdim. Komandanın
ruhuna uyğun hərəkət etməyənin gözünün yaşına belə baxmaram”.
Qeyd edək ki, komandanın prezidenti Hasan Kıbrıslıoğlu baş məşqçi Bizatinin verdiyi qərara hər kəsin hörmət etməli olduğunu bildirib.