"İlk növbədə oyunçularımı təkcə bu oyun deyil, bütün çempionat boyunca sərgilədiyi oyuna görə təbrik edirəm. Artıq 99 faiz yerimizj təmin olunub. "Qəbələ" sabah xal itirsə, bu yeri tam təmin edəcəyik. Əlbəttə, bütün komandanı təbrik edirəm. Çünki I Liqadan gəlməyimizə baxmayaraq, 36 xal yığmışıq. Texniki məğlubiyyətlə itirdiyimiz 3 xalı da qələbə sayırıq. Azarkeşlərimizə də təbriklərimizi bildiririk.
Qalibiyyətmiz ədalətli idi. Birinci hissəni tam yaxşı keçirdik. İkinci hissədə küləyin əleyhimizə olacağını bildiyimizdən, təhlükələrin qarşısını aldıq, əks-hücuma çıxdıq, amma vura bilmədik. Qələbəyə görə şadıq".
Sportnet.az-ın məlumatına görə, bunu "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya səfərdə "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXX tur matçından sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis daha donra jurnalistlərin suallarını cavablandırıb:
- Növbəti 3 oyuna komandanı necə kökləyəcəksiniz?
- Asan olacaq. Əksinə, onların üzərində təzyiq olanda böyük cavabdehlik, məsuliyyət olur. "Qəbələ"nin xal itkisindən sonra qarşıdakı oyunlara daha rahat çıxacağıq.
- Dioqo Rollonun zədəsi nə dərəcədə ciddidir?
Hazırda ağrısı davam edir. Sabah biləcəyik.
- Daha irəli pilləyə getməyə cəhd edəcəksiniz?
- Əlbəttə, məqsəd 3 xalqdır. İrəli getmək üçün əlimizdən gələni edəcəyik. Alınıb-alınmayacağı başqa söhbətin mövzusudur.
















































































