
Dünya
Güləş Birliyinin prezidenti Nenad Laloviç yeni antidopinq kodeksini qəbul edib. Sportnet.az-ın
məlumatına görə, dopinqdən istifadə edən idmançıları 2 ildən 4 ilə qədər diskvalifikasiya
gözləyir.
Bununla
yanaşı 3 dopinq-tesdən keçməyən güləşçilər 12 aya qədər cəzalanacaqlar.
2014-cü il güləş üzrə dünya çempionatında türkiyəli Şamil Ərdoğan qanunsuz preparatlardan istifadə etdiyi üçün 2 il diskvalifikasiya olunub, bürünc medal əlindən alınıb. Həmçinin 2014-cü il gənclər arasında dünya çempionu Gürcüstanlı Qeno Petriaşvili də dopinqdən istifadə etdiyi üçün titulundan məhrum edilib və il yarım yarışlardan uzaqlaşdırılıb.