
Dekabrın 4-ü,2014-cü il tarixdə Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında dostluq görüşü
keçiriləcək. Sportnet.az-ın Azərbaycan
Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, dostluq görüşü bu
ilin may ayında Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun
Fransa Güləş Federasiyasının Prezidenti Alain Bertolomla Parisdə keçirilən
görüşü zamanı razılaşdırılıb.
Dostluq
görüşünün əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yarış gələn il keçiriləcək
Avropa Oyunları üçün test xarakteri daşıyır. Hər üç növdə
güləşçilərin iştirak edəcəyi dostluq
görüşü Parisin ən məşhur saraylarından biri olan "Qış sirki”ndə baş tutacaq.
Ümumilikdə,
10 güləşçinin mübarizə aparacağı dostluq görüşündə 3 çəkidə sərbəst, 3
çəkidə yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər yarışacaq.
|
Fransa |
|
AZƏRBAYCAN |
Sərbəst güləş |
|||
57 kq |
Zoheir el Ouarraqe |
|
Mahmud Məhəmmədov |
Qadın güləşi |
|||
48 kq |
Julie Sabatie |
|
Patimat Baqomedova |
Yunan-Roma güləşi |
|||
59 kq |
Leo Tudezca |
|
Rövşən Bayramov |