İdman Məktəblərinin VII Respublika Oyunlarının Balakəndə keçirilən sərbəst və yunan-Roma güləşi üzrə final mərhələsi zamanı yaşı süni şəkildə azaldılan 2 idmançı aşkarlanıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyi nin idman məktəbləri sektorunun müdiri Mütalib Həsənov məlumat verib.
Onun sözlərinə görə, saxtakarlıqnazirliyin
11 yaşdan yuxarı idmançılar üçün hazırladığı holoqramlı və şəkilli vəsiqə ilə
çəkiölçmə zamanı üzə çıxıb. Başqasının vəsiqəsi ilə çəkiölçməyə gələn bakılı
güləşçilər yarışa buraxılmayıb. Onların məşqçilərinə isə xəbərdarlıq elan
olunub: "İstəməzdik ki, belə halların qarşısınıinzibati
yollarlaalaq. Daha çox pedaqoji metoda üstünlük veririk. Psixoloji
amilləri nəzərə alaraq, həmin idmançıların və məşqçilərin
adlarınıictimaiyyətə açıqlamırıq".
M.Həsənov bildirib ki, yaş saxtakarlığına qarşı
mübarizədə son illər ciddi nailiyyətlər əldə olunub: "5-6 il öncəyədək
aşağı yaş qrupları üzrə idmançıların 80 faizi "lipa" idisə, indi buna
nadir hallarda rast gəlinir. Çünki biz 11 yaşdan yuxarıbütün idmançıları
qeydiyyatdan keçirmişik".(Report.az)