Bu gün qadın voleybolçular arasında Azərbaycan
Super Liqasında VII turun oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, hər 2 matç eyni gündəbaş tutacaq.
Tura
son illərin dəyişməz ölkə çempionu "Rabitə” start verəcək. Komanda "Gənclik” Olimpiya Kompleksində "Telekom”u sınağa çəkəcək.Bu görüşdə "Telekom”un rəqibinə müqavimət göstərməsi
inandırıcı deyil.
Tura "Lokomotiv” –
"Azərreyl” matçı ilə yekun vurulacaq. Bu görüşün də favoriti "Lokomotiv”dir.
Lakin "Azərreyl”in rəqibinə müəyyən dərəcədə müqavimət göstərməsi
gözləniləndir. İndiyədək qələbə qazana bilməyən komandanın "Lokomotiv”dən xal alması
da istisna deyil.
6 dekabr
VII tur
16:00. "Rabitə” – "Telekom” - 3:0 (25:20; 25:22; 25:20)
"Gənclik” Olimpiya Kompleksi
18:00. "Lokomotiv” – "Azərreyl” - 3:0 (25:19; 25:16; 25:16)
Voleybol Mərkəzi
Komandalar |
O |
Q |
M |
S-F |
X |
"Rabitə” |
6 |
5 |
1 |
17-5 |
15 |
"Lokomotiv” |
6 |
5 |
1 |
17-9 |
14 |
"Azəryol” |
5 |
3 |
2 |
13-8 |
10 |
"Telekom” |
5 |
1 |
4 |
4-14 |
2 |
"Azərreyl” |
6 |
0 |
6 |
3-18 |
1 |
Qeyd edək ki, bu turun görüşləri fərqli məkanlarda keçiriləcək.