UEFA-nın
60 illik tarixi ərzində ən yaxşı qolları seçilib. Sportnet.az-ın qurumun rəsmi
saytına istinadən məlumatına görə, iştirakçılar 10 ən yaxşı qolu seçiblər.
Ümumilikdə
2 milyondan çox insanın qatıldığı səsvermədə 60 ən gözəl qol təqdim edilib. Hollandiyalı
Marko van Bastenin Avro-1998-də SSRİ millisinin qapısına vurduğu top bütün
dövrün ən gözəl qolu seçilib. Həmin zaman SSRİ millisinin qapısını Rinat
Dasayev qoruyurdu. Matç isə hollandların 2:0 hesablı qələbəsi ilə nəticələnmişdir.
Ən
gözəl qolların Top-10-luğu ilə sizi tanış edirik:
1. Marko van Basten (Hollandiya) – Avro-1988-in finalında SSRİ millisinə vurduğu qol.
2. Mauro Bressan ("Fiorentina”) – 1990/2000-ci il Çempionlar Liqasının qrup mərhələsində "Barselona”ya vurduğu qol.
3. Zinəddin Zidan ("Real”) – Çempionlar Liqasının 2001/2002 mövsümünün finalında "Bayer”in qapısına vurduğu qol.
4. Ruy Koşta (Portuqaliya) – Avro-2004-ün ¼ finalında İngiltərə millisinin qapısından keçirdiyi top.
5. Piter Krauç ("Liverpul”) – Çempionlar Liqasının 2006/2007 mövsümünün qrup mərhələsində "Qalatasaray” ilə oyunda vurduğu qol.
6. Kriştiano Ronaldo ("Mançester Yunayted”) – 2008/2009 Çempionlar Liqasının ¼ finalında "Portu”ya vurduğu qol.
7. Deyan Stankoviç ("İnter”) – Çempionlar Liqasınnın 2010/2011 mövsümünün ¼ finalında "Şalke”yə vurduğu qol.
8. Radamel Falkao ("Atletiko Madrid”) – Avropa Liqasının 2011/2012 mövsümünün finalında "Atletik”in qapısından keçirdiyi qol.
9. Samuel Yumtiti ("Lion”) – 2012/2013-ci il Avropa Liqasının 1/16 final mərhələsində "Tottenhem”ə vurduğu qol.
10. Zlatan İbrahimoviç ("PSJ”) – 2013/2014 Çempionlar Liqasının qrup mərhələsində "Anderlext”ə vurduğu qol.