İtaliyanın "İnter" klubu Avropa Liqasının VI turunda "Qarabağ"la keçirdiyi matça cəmi 17 futbolçu sifariş edib. Sportnet.az-ın məlumatına görə, "İnter"in 18-dək futbolçu sifariş vermək hüququ olduğu halda, bu qədər oyunçuya ehtiyac görməyib. 
Üstəlik, baş məşqçi Roberto Mançininin ehtiyatda saxladığı 6 oyunçudan 2-si qapıçıdır. Halbuki belə oyunlarda adətən, ehtiyatda 1 qapıçı saxlanılır. 
 
Qeyd edək ki, "İnter" Bakıya əsas heyət üzvlərinin əksəriyyətini gətirməyib.









                 





    
    
    
    
    
    
    
    
    


























































