
Avropa Liqasının VI oyun günündə baş tutmuş "Qarabağ" - "İnter" (İtaliya) oyunun 90+4-cü dəqiqəsində baş verən olayla bağlı Ağdam klubu UEFA-ya şikayət məktubu ilə müraciət etmişdi. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün UEFA-dan cavab məktubu gəlib.
	Məktubda bildirilib ki, "Oyun zamanı baş verən epizodla bağlı edilən məhkəmə müraciətiniz qəbul edilib və UEFA-nın İntizam və Nəzarət komitəsinin 05.02.2015 tarixində baş tutacaq iclasında baxılıb qərar veriləcəkdir".
	Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu 0:0 hesabı ilə yekunlaşıb. 
	








                 





    
    
    
    
    
    
    
    
    






















































