
Sual belə olub: "2014-cü ilin ən yaxşı idmançısı kimdir?"
Bu nominasiyada sərbəst güləş üzrə Avropa və dünya çempionu Hacı Əliyev qalib olub. O izləyicilərin 42 % səsini toplayaraq birinciliyi qazanıb. 2-ci yerdə isə Voleybol üzrə Azərbaycan milli komandasının üzvü Polina Rəhimova layiq görülüb. O, səslərin 15 faizini toplamağı bacarıb. Sambo üzrə dünya çempionu Amil Qasımov da 15 faiz səs toplayıb. Lakin o, 3-cü pillənion sahibi olub. Azərbaycan avarçəkmə üzrə ilk olimpiya medalı qazanan Boris Yotov isə səs toplaya bilməyib. 28 faiz səs isə digər idmançılara verilib.