1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FIFA prezidenti postuna 4 namizəd
FIFA prezidenti postuna namizədlərin yekun sayı açıqlanıb. Sportnet.az-ın ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəyə 4 iddiaçı qeydə alınıb.
Onlar FİFA-nın hazırkı prezidenti Yozef Blatter, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn, Hollandiya Krallığının Futbol İttifaqının başçısı Mixael van Praq, habelə, 2001-ci ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top"un sahibi Luiş Fiqudur.
Namizədlərinin hər birinin yoxlanışının nəticələrini aldıqdan sonra FIFA-nın seçki komissiyası onların təşkilatın əsasnaməsinə uyğun olub-olmadıqlarını yoxlamaqdan ötrü yenidən yığışacaq. Ardından seçki komissiyası FİFA prezidenti postu uğrunda mübarizə hüququ olan namizədləri rəsmən tanıyacaq və elan edəcək.
Qeyd edək ki, seçki mayın 29-da İsveçrənin Sürix şəhərində FİFA Konqresi çərçivəsində keçiriləcək.